Y xromosom mikrodelesiyası

  Y xromosomu mikrodelesiya analizi, Y xromosomu delesiyası, AZF delesiyası, Y mikrodelesiyası.

Sonsuzluq aşkarlanan bəzi cütlüklərdə kişi faktoru gözlənməkdə olub bu xəstələrin bir qismində genetik araşdırmaların aparılması məsləhət görülür. Xüsusilə, azoospermiya

və ya şiddətli      oliqoastenoteratospermiya (OAT) aşkarlanan halda bu şəxslərdə xromosom analizi və Y xromosomu mikrodelesiya analizi istənilir. Ancaq kişilərdə olan Y xromosomu üzərində sperma istehsalına məsul olduğu bilinən və AZF  olaraq adlandırılan bir bölgə var. AZFa, AZFb və AZFc olaraq 3 hissəyə ayrılan AZF gen bölgəsində meydana gələn qopmalar (əksilmə)

sperma sayında azalmaya və ya sperma istehsalının tamamilə dayanmasına səbəb olur. Y mikrodelesiyalarının təyin olunması testis biopsiyası ilə araşdırma aparılacaq

hallarda sperma tapılıb tapılmayacağı haqqında ilk məlumat verir.

 

   Nümunə ehtiyacları

   Periferik qan

·         Nümunə miqdarı 2-3 ml olmalıdır.

·         EDTA’lı (bənövşəyi qapaqlı) tüplərə alınmış olmalıdır.

·         Pıxtalı olmamalıdır.

·         Otaq temperaturunda saxlanmalı və daşınmalıdır.

 

   Analiz üsulu

·        Gel elektroforezi

 

   Cavab tarixi

·        10 gün sonra